İyn
2020
10:41
312
72
4246
Virtual karabakh

55 illik elektrik enerjisi problemi həllini tapıb - VİDEO

Şamaxının Çuxuryurd kəndində elektrik enerji sistemi yenidən qurulub. Əsaslı yenidənqurma kənddə yerləşən bütün evləri əhatə edir.

Çuxuryurdda elektrik enerji sistemi ilk dəfə 1966-cı ildə qurulub. 55 il sonra “Azərişıq” ASC elektrik sistemini tamamilə yeniləyib.

Kəndin ümumilikdə 1000 abonenti var. İllər sonra kəndin elektrik enerjisinin yenidən qurulması sakinlərin problemlərini aradan qaldırıb. Kəndin elektrik sisteminə 11 transformator məntəqəsi, 34 km açıq naqil xətti və 1200 dayaq daxil idi. Sadalanan materiallar istismar müddətini başa vurduğundan yeniləri ilə əvəzlənib. Eləcə də, hər evə ayrı-ayrılıqda yeni sayğaclar quraşdırılır. 

Qeyd edək ki, “Yeni kəndlər” layihəsi çərçivəsində indiyədək 500-dən çox kəndin elektrik enerjisi sistemi yenidən qurulub. Ölkə başçısının tapşırıqlarına əsasən, görülən işlər müvafiq olaraq digər bölgələrdə də davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri