10 
İyn
2020
13:31
31
563
26625
Virtual karabakh

Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO

10 İyn, 2020
13:31
26625

Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “qoçuluq” edərək, təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.

Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.

Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.

Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.

Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri