12 
İyn
2020
18:21
20
274
5361
Virtual karabakh

Mingəçevirdə ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB

12 İyn, 2020
18:21
5361

Mingəçevirdə ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Mingəçevirdəki ağır qəza ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Mingəçevirdə baş verən qəza polisin təqibi zamanı baş verməyib:

“İki avtomobil toqquşub. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və işıq dirəyinə çırpılıb.

Dirək sınaraq, orada olan Yaşıllaşdırma İdarəsinin işçilərinin üzərinə düşüb. Nəticədə, bir nəfər ölüb, dördü yaralanıb”.

17:18

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, Mingəçevir şəhərində yerləşən “DRES Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Mercedes” markalı avtomobil idarəetməni itirərək, beş nəfəri vurub.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin süpürgəçi qadın olduğu qeyd edilib.

Şahidlərinin verdiyi məlumata görə, hadisə polisin “Mercedes” markalı avtomobili təqib etməsi zamanı baş verib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri