13 
İyn
2020
11:52
17
181
2271
Virtual karabakh

Sumqayıt bulvarının zibilliyə çevrilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

13 İyn, 2020
11:52
2271

Sumqayıt bulvarının zibilliyə çevrilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər İcra Hakimiyyəti dənizkənarı bulvarın yaxınlığındakı ərazinin zibil poliqonuna çevrilməsi haqqında məlumata münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt bulvarının genişləndirilmiş hissəsinə yaxın ərazidə hazırda tikinti işləri davam etdirilir:

“Ərazidə yeni infrastruktur yaradılır. Dəniz kənarında olan, eləcə də, suyun çəkilməsi nəticəsində üzə çıxan daşlar da mütəmadi olaraq sahildə toplanaraq, ərazidən daşınır”.

“Təmir-tikinti işləri ilə əlaqədar toplanmış tullantıların daşınması hər gün həyata keçirilir və yaxın günlərdə ərazinin təmizlənməsi işləri yekunlaşacaq”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri