16 
İyn
2020
21:34
37
378
16299
Virtual karabakh

Gəncədə kişi qardaşı nəvəsi boşandığı üçün dörd nəfəri bıçaqladı, biri öldü – TƏFƏRRÜAT+YENİLƏNİB

16 İyn, 2020
21:34
16299

Gəncədə kişi qardaşı nəvəsi boşandığı üçün dörd nəfəri bıçaqladı, biri öldü – TƏFƏRRÜAT+YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində bir ailənin dörd üzvünün bıçaqlanması barədə bəzi detallar açıqlanıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, Mahir Quliyev qardaşı nəvəsinin boşandığı üçün ailə üzvlərini bıçaqlayıb.

O, Sevinc Quliyevanın ərindən boşandığını əsas gətirərək mübahisə yaradıb və nəticədə qohumlarına xəsarət yetirib.

Yaralıları hadisə yerinə cəlb olunan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb və onların həyatı xilas olunub.

 

21:18

Gəncədə bıçaqlanan şəxslərin kimliyi məlum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, hadisə zamanı 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı vəfat edib.

1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı, 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu və 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı yaralanıb.

Hadisəni törədən 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu saxlanılıb.

İlhamə Əbülfət

 

20:52

Gəncədə dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb.

Nənə yerindəcə dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

20:45

Gəncə şəhərində kütləvi dava zamanı üç nəfər bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Ölən və xəsarət alanların kimliyi məlum deyil. 

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri