21 
İyn
2020
16:01
36
218
7137
Virtual karabakh

Osman Gündüz “E-tabib” mobil tətbiqinin müsbət və mənfi tərəflərindən danışdı

21 İyn, 2020
16:01
7137

Osman Gündüz “E-tabib” mobil tətbiqinin müsbət və mənfi tərəflərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi karantin rejimi dövründə ölkəmizdə bir sıra rəqəmsal həllər hazırlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi də “E-tabib” mobil tətbiqini hazırlayıb və istifadəyə verib.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sözügedən tətbiq haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, bu mobil tətbiqlə bağlı ilkin olaraq müxtəlif rəylər olsa da, faydalı bir resursdur:

“Yəni , bu “application” həm koronavirusla bağlı məlumatlandırmanı və statistikanı yaymağı həyata keçirir, həm də “location” və “bluetooth” vasitəsilə müəyyən istifadəçi haqqında dataları toplayıb koronavirusdan qorunmaq üçün imkanlar təklif edir.

İstifadəçi haqqında məlumatların toplanması, onun izlənməsi, fərdi məlumatlarının əldə edilməsi haqqında müqavilə təklif olunur. Müqaviləni imzalamaqla siz özünüz haqqında məlumatların toplanmasına razılıq vermiş olursunuz. Əlbəttə, hansısa fərdi məlumatların sızması ilə bağlı risklər burada mövcuddur. Amma nəzərə almaq lazımdır ki, çoxsaylı istifadəçilərin bu tətbiqdə qeydiyyatı nəticəsində toplanan data koronavirusun qarşısının alınmasında mühüm rol oynayır.

Bir sıra xarici ölkələr bu tip resurslardan effektiv istifadə etməklə koronavirusun genişlənməsinin qarşısını ala biliblər. Hələlik “E-tabib” tətbiqində bu tip beynəlxalq resursların təklif etdiyindən daha az imkanlar gözə çarpır. Xüsusən də istifadəçiyə faydalı xəbərdarlıqlar çatışmır (virus təhlükəsinin olduğu məkanlar, xəstələrin keçdiyi trayektoriya və s.). Güman ki, müntəzəm olaraq “update” nəzərdə tutulub”.

Tətbiqi yükləmək üçün linklər :

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri