21 
İyn
2020
17:46
525
50
14475
Virtual karabakh

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs saxlanılıb

21 İyn, 2020
17:46
14475

Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün öncə  Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyev Smolensk şəhərində saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi bu barədə məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı Volqoqrad sakini federal axtarışa verilmişdi. Hazırda V.Vasilyevin Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Bildirilirdi ki, vilayətin qubernatoru Andrey Boçarov qatil barədə məlumat verən şəxsə bir milyon rubl məbləğində mükafat vəd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri