29 
İyn
2020
17:13
44
240
2595
Virtual karabakh

Kərim Sadıqzadə Təbrizi: “Təqaüdçülərin 85 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”

29 İyn, 2020
17:13
2595

Kərim Sadıqzadə Təbrizi: “Təqaüdçülərin 85 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təqaüdçülərin 85 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı halda, rəsmilər onlar barədə ciddi düşünməlidir, lakin boş sözlər və vədlərlə heç bir problem öz həllini tapmayacaq”.

Bunu İranın Şərqi Azərbaycan vilayətinin Təqaüdçülər Birliyinin sədr müavini Kərim Sadıqzadə Təbrizi bildirib.

Mövcud inflyasiya səviyyəsi və cəmiyyətdəki iqtisadi reallıqlar fonunda fəhlələrin və təqaüdçülərin yaşayış problemlərinin hələ də davam etdiyini qeyd edən K.Sadıqzadə sözlərini belə davam etdirib:

“Mən Şərqi Azərbaycan vilayətinin 184 min təqaüdçü fəhləsinin nümayəndəsi olaraq, parlament üzvlərini maaşların artırılması haqqında qanunun dəqiq icrası ilə bağlı məsələ qaldırmağa və buna nail olmağa çağırıram. Təqaüdçülərin boş süfrələri ölkəyə əsla başucalığı gətirmir”.

Onun sözlərinə görə, təqaüdçülər Sosial Müdafiə Təşkilatından praqmatik olmağı gözləyirlər, onların dərdlərini sözdə bölüşməyi deyil.

Sözügedən təşkilat 30 illik zəhmət və xidmətdən sonra təqaüdə çıxmış əhalinin bu qrupunun problemlərinin həlli üçün ciddi tədbirlər görməli və layiqli xidmət göstərməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri