29 
İyn
2020
14:33
17
95
1430
Virtual karabakh

KİV nümayəndələri üçün “Koronavirus 2” adlı virtual fotosərgi hazırlanılıb - FOTO/VİDEO

29 İyn, 2020
14:33
1430

KİV nümayəndələri üçün “Koronavirus 2” adlı virtual fotosərgi hazırlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də rolu danılmazdır. Çünki bu peşə sahibləri də öz sağlamlığını təhlükə altına ataraq, virusla mübarizə aparanlarla çiyin-çiyinə əzmlə çalışaraq, əhalini məlumatlandırmağa çalışırlar.

Pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların xüsusi yeri var. Onlar karantin günlərində virusun yaratdığı fəsadları fotokameralarının yaddaşına həkk edib, bunları ictimaiyyətə çatdırırlar. Bununla əlaqədar olaraq, “Gilavar” Azərbaycan Foto Klubu fərqli sosial layihə ilə çıxış edib. “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan fotoklub tərəfindən “Koronavirus” adlı virtual fotosərgi hazırlanıb. Sərgiyə olan maraq nəzərə alınaraq, layihənin davamı kimi “Koronavirus 2” adlı ikinci virtual sərgi ərsəyə gətirilib.

Layihənin rəhbəri, fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə fotoklub tərəfindən fərqli mövzuda virtual fotosərgi hazırlanıb. Ümumiyyətlə, bu virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq, xəstəlik riskini göz önünə alaraq, kadr arxasında qalaraq, peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır. Eyni zamanda, bu insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir. İlk virtual sərgidən fərqli olaraq, bu sərgidə adi və sərt karantin günlərində iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə beş mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 videooperatorun 55 şəxsi fotosu yer alıb”.

Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən hazırlanan “Koronavirus” adlı ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri