30 
İyn
2020
00:33
78
159
7886
Virtual karabakh

Postlardan vətəndaşları keçirən üç nəfər saxlanıldı - VİDEO

30 İyn, 2020
00:33
7886

Postlardan vətəndaşları keçirən üç nəfər saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb. 

Saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə aldığı 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı isə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. 

Zamiq Əhmədov bundan əvvəl CM-in 178-ci, yəni, dələduzluq maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya torpaq yolla keçirərkən saxlanılıb.

Həmçinin, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

Ətraflı süjeti təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri