30 
İyn
2020
09:40
3
151
2859
Virtual karabakh

Kürdəmirdə mikroavtobus su kanalına aşdı: Yaralılar var - FOTO/VİDEO

30 İyn, 2020
09:40
2859

Kürdəmirdə mikroavtobus su kanalına aşdı: Yaralılar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə mikroavtobus su kanalına aşıb.

Baku TV xəbər verir ki, hadisə Kürdəmir-Zərdab magistralının Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 26 yaşlı, Masallı rayon sakini Elnur İbrahimzadə “Mercedes Vito” markalı mikroavtobusla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Maşın yoldan çıxaraq, yol kənarındakı kanala aşıb. Hadisə zamanı sürücü Elnur İbrahimzadə və onun sərnişinləri - Bakı sakini, 23 yaşlı Nəzrin Abbaszadə və Kürdəmir sakini, 22 yaşlı Mehman İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Onlar dərhal təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri