30 
İyn
2020
11:16
10
129
1767
Virtual karabakh

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

30 İyn, 2020
11:16
1767

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Oxu.Az xəbər verir ki, təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər. 

Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri