30 
İyn
2020
12:35
23
194
3164
Virtual karabakh

Reanimatoloq: “Xəstənin müalicə və müayinəsi saat və dəqiqəsinə qədər qeydə alınıb”

30 İyn, 2020
12:35
3164

Reanimatoloq: “Xəstənin müalicə və müayinəsi saat və dəqiqəsinə qədər qeydə alınıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəstəyə müalicəsi müddəti ərzində 12 litrə yaxın qan kütləsi köçürülüb”. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının reanimatoloqu Zaur Ağayev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, xəstənin həddən artıq qanaxmaları olurdu:

“Bu səbəbdən bədəndə qan laxtalanması pozulub. Qan yapışqanlığını itirmişdi. Bu, xəstəlikdən irəli gəlir. Pasiyent öldükdən sonra bu kimi vəziyyətlərdə gözdən, ağız və burun boşluğundan, ağciyərlərdən qanaxmalar ola bilir. Bunun tibbi izahı var”.

Valideynləri iddia edir ki, xəstənin çəkisi üç dəfə artıq olub, amma bu, doğru deyil:

“Xəstənin öz çəkisi 86 kiloqram olubsa, iki dəfə artıqlıq ola bilməz. Xəstəlikdən irəli gələrək, bədənin 3-5 faiz şişməsi mümkün ola bilər. Bu şişkinlik isə normaldır.

Xəstənin müalicə və müayinəsi kameralarda saat və dəqiqəsinə qədər qeydə alınıb. 24 saat həkimlərimiz 22 yaşlı gənc qızımızın həyatını xilas etməyə çalışıblar. Lakin bütün tədbirlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmadı”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri