30 
İyn
2020
16:16
371
47
1581
Virtual karabakh

Gənclər şəhidlərimizin xatirəsini yad edirlər - FOTO

30 İyn, 2020
16:16
1581

Gənclər şəhidlərimizin xatirəsini yad edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, “Biz birlikdə güclüyük” şüarını rəhbər tutan gənclərin başladıqları, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın ifadəsi olan aksiya ölkəmizin müxtəlif şəhər və rayonlarında davam etdirilir. 

Belə ki, vətəndaşların əksəriyyətinin, o cümlədən şəhid ailələrinin üzvlərinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində evdə qaldığı bir dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızın məzarlarına baş çəkən gənclər şəhid qəbirlərinin ətrafını təmizləmiş, ərazini səliqəyə salıblar. 

Gənclər bu nəcib hərəkətləri ilə şəhidlərin xatirəsini hər zaman əziz tutduqlarını, hazırkı mürəkkəb epidemioloji dövrdə onların ailələrinin qayğılarına şərik çıxdıqlarını və vətəndaşlıq borclarını layiqincə ödəməyi həyat amallarına çevirdiklərini nümayiş etdiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri