30 
İyn
2020
19:05
26
235
7392
Virtual karabakh

Səhiyyə Nazirliyindən poliklinikalarla bağlı MÜHÜM AÇIQLAMA

30 İyn, 2020
19:05
7392

Səhiyyə Nazirliyindən poliklinikalarla bağlı MÜHÜM AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus simptomunu özündə hiss edən şəxslər qətiyyən poliklinikalara getməməlidir”. 

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. 

Onun sözlərinə görə, vətəndaşlar ərazi üzrə poliklinikalara getməklə yoluxmanı artıra bilərlər:

“Koronavirus yüksək sürətlə yayıla bilən infeksiyadır. Koronavirus simptomu olan şəxs poliklinikaya getdiyi təqdirdə onu dərhal pandemiya əleyhinə xəstəxanaya yönləndirəcəklər. Orada ondan test götürüləcək. Daha sonra test cavabları bəlli olana qədər onunla bağlı zəruri izolyasiya tədbirləri görüləcək. 

Koronavirus testinin cavabı pozitiv olarsa, həmin şəxs aidiyyəti üzrə pandemiya xəstəxanalarından birinə yerləşdiriləcək və müalicəsinə başlanılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri