30 
İyn
2020
19:40
35
312
4036
Virtual karabakh

Azərbaycanda tibbi kadr çatışmazlığı var?

30 İyn, 2020
19:40
4036

Azərbaycanda tibbi kadr çatışmazlığı var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, bu gün tibb işçiləri arasında ümumi kadr çatışmazlığı olmasa da, bəzi ixtisaslar üzrə bu vəziyyət mövcuddur:

“Pandemiyadan əvvəl də ölkədə vəziyyət belə olub. Bu, normal haldır, çünki bəzi ixtisaslar xüsusi dar çərçivələri əhatə edir. Bəzi dar ixtisaslı sahələr istisna olmaqla, Azərbaycanda ciddi kadr çatışmazlığı heç bir dövrdə olmayıb. 

Lakin Azərbaycanda həkimlərin hamısı infeksionist, anestezioloq deyillər. Bu gün təcili yardım xidməti üçün həkimlərin qəbulu elan olunub ki, işlərimizi optimallaşdıraq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri