İyl
2020
09:31
23
155
5802
Virtual karabakh

Sərt karantindəki şəhərdə bir gün: Boşluq, sükut, cərimə... - VİDEOREPORTAJ

1 İyl, 2020
09:31
5802

Sərt karantindəki şəhərdə bir gün: Boşluq, sükut, cərimə... - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanların daha çox toplaşdığı çayxanalar bağlı, parklar boş qalıb. Piyada və avtomobillər isə yalnız SMS icazə ilə küçəyə çıxır.

Rayonun giriş-çıxışlarında və mərkəzdə qurulmuş nəzarət postlarında polis əməkdaşları sürücü və sərnişinlərin icazəsinin olub-olmadığını yoxlayır. 

Görüntülər sərt karantin rejiminin tətbiq edildiyi Yevlax rayonundandır. Müşahidələrimiz zamanı əksər vətəndaşların maska taxaraq, hərəkət etdiyi diqqət çəkir. 

Koronovirusa yoluxma sayının yüksək olduğu rayonda sakinlər də karantin rejiminə ciddi əməl etməyin vacibliyini anlayır. Əvvəlki günlərlə müqayisədə, artıq küçədə maska taxmayanlara çox az rast gəlinir. Bu da yeni yoluxmaların qarşısını almağa kömək edir.

Sərt karantin rejimi tətbiq edildiyi doqquz gün ərzində Yevlaxda 100-dən artıq qayda pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilib. Altı nəfər isə inzibati qaydada həbs olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri