İyl
2020
11:06
22
309
9726
Virtual karabakh

Boz çöllərə həyat bəxş edən Kür can verir - FOTOREPORTAJ

1 İyl, 2020
11:06
9726

Boz çöllərə həyat bəxş edən Kür can verir - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son aylar Kür çayının səviyyəsində görünməmiş azalma müşahidə olunur. Xəzər dənizinin suyunun Qafqazın ən böyük çayı olan Kürün suyuna qarışması regionu ciddi ekoloji böhranla üz-üzə qoyub.

Oxu.Az-ın əməkdaşı Kür çayında suyun səviyyəsinin azalması və kiçik adacıqların yaranmasını fotokamerasının yaddaşına köçürüb.

Qafqazın ən böyük çayı olan Kürün uzunluğu 1515 kilometrdir. Neftçala, Salyan sakinləri Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən keçən Kür çayın səviyyəsinin sonuncu dəfə nə zaman bu qədər aşağı düşdüyünü xatırlamadıqlarını deyirlər.

Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir. Məhsullar məhv olur.

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasını və dəniz suyunun çay dərəsinə dolmasını bir neçə səbəblə izah edib.

Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

Bundan əlavə, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi də suyun azalmasına gətirib çıxarıb. 

Əsas amillərdən biri isə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Həmçinin, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi də problemin yaranmasında mühüm rol oynayıb.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev isə bildirib ki, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin, ona tökülən çaylarda sululuq azalıb.

O bildirib ki, Kürün suyunun azalması su defisiti kimi kompleks problemlərlə səciyyələnir:

“Belə ki, Kürün suyunun səviyyəsinin enməsi onun axarının sürətinin azalmasına da səbəb olub. Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq.

Su ehtiyatlarından istifadə olunması ilə bağlı problemin həlli üçün hər bir region dövləti tərəfindən beynəlxalq tələblərə cavab verən su təmizləyici qurğular tikilməsi, su qoruyucu texnologiyaların tətbiqi ilə bağlı tədbirlərinin görülməsi vacibdir.

Prezident İlham Əliyevin sərəncamına əsasən, su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Bu, su ehtiyatları ilə bağlı məsələnin ciddiliyini göstərməklə bərabər, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına təkan yaradacaq”.

Könül Cəfərli 
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri