İyl
2020
20:22
28
274
6327
Virtual karabakh

Koronavirusdan sağalan jurnalist: “Yaxşı olduğun yerdə boğulma tutur, ya qızdırma qalxırdı” - FOTO

1 İyl, 2020
20:22
6327

Koronavirusdan sağalan jurnalist: “Yaxşı olduğun yerdə boğulma tutur, ya qızdırma qalxırdı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İyunun 21-də COVID-19 testinin nəticəsi müsbət gələndən sonra təcili yardım məni Mərdəkanda yerləşən 26 saylı Birləşmiş şəhər xəstəxənasına yerləşdirdi. Elə həmin gündən də müalicə prosesi başladı...”

Oxu.Az xəbər verir ki, bunu ARB TV-nin koronavirusa yoluxmuş əməkdaşı Azər Ağayev sosial media hesabında paylaşıb. 

“İlk olaraq qeyd edim ki, olduğum xəstəxanada tibbi personal azlıq təşkil edirdi. Üç növbə işləyirdilər. Hər növbə səkkiz saat çalışırdı. Formada işləməyin necə çətin olduğunu artıq hamı bilir. Lakin buna baxmayaraq, həkimlər əlindən gələni əsirgəmirdi” - deyə, A.Ağayev müşahidələrini bölüşüb.  

Jurnalist keçirdiyi xəstəliyin əlamətlərini də bölüşüb:

“Xəstəliyin halsızlıq, boğulmalar, qızdırma, öskürək və digər simptomları var. Yüngül və ağır formaları var idi. Reanimasiyada canı ilə savaşandan tutmuş, palatada halsız uzanana qədər... Virus isə anbaan adamın vəziyyətini dəyişirdi. Yaxşı olduğun yerdə boğulma tutur, ya qızdırma qalxırdı... 

Xəstəxana ortamı isə bir tərəfdən adama psixoloji təsir edirdi... Uzandığın yerdə kiminsə ölüm xəbərini eşidirsən, yaxud meyit ilə üzbəüz gəlirsən. Gecə yatdığın yerdə pəncərəndən ağlaşma səsləri gəlir. Ya kimsə ölüb, vəziyyəti ağırlaşan var. Ya da xəstənin uzandıq yerdə ağırlaşaraq reanimasiyaya aparıldığının şahidi olursan. 

26 saylı xəstəxanaya ilk gedənlərdən idim. Sonrakı günlərdə isə xəstə sayı o qədər artmışdı ki,  palatalar, demək olar, dolmuşdu. Xəstəxanada çarpayı çatmırdı. Mənə verilən çarpayının döşəkçəsi iki gün belimi qırırdı. İki gündən sonra, sağ olsunlar, dəyişdilər.

Əsas odur ki, bu gün müalicə bitdi, evimə təxliyyə oldum. Düzdür, bəzi boğulmalar hələ də var, amma bu da keçəcək. İndi isə 14 günlük ev karantini başlayır...”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri