İyl
2020
10:00
40
84
3748
Virtual karabakh

“Toyota” Abşeron Mərkəzi - Dörd il sizinlə! - FOTO

2 İyl, 2020
10:00
3748

“Toyota” Abşeron Mərkəzi - Dörd il sizinlə! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota”nın Azərbaycandakı rəsmi dileri “Toyota” Abşeron Mərkəzi artıq dörd ildir ki, sizə müvəffəqiyyətlə və keyfiyyətlə xidmət etməyin qürurunu yaşayır.

Bu illər ərzində mərkəz yüksək səviyyəli xidməti ilə hər kəsin etibarını və sevgisini qazanıb.

Müştərilər mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, mütəmadi keçirilən endirim və fürsət aksiyalarından faydalana biliblər. Bunlardan ən yaddaqalanı “Toyota” Abşeronun müştərilər arasında təşkil etdiyi lotereya olub. Lotereya qaliblərinə müxtəlif servis işləri hədiyyə edilib.

“Toyota” Abşeron Mərkəzinin müştərilərin istəklərinə və komfortuna yönəlmiş uğurlu fəaliyyətini layiq görüldüyü mükafatlar da təsdiqləyir. Mərkəz fəaliyyəti dövründə üç il ard-arda “Kaizen” mükafatını qazanıb. Bu mükafat “Toyota Caucasus” ofisinin müəyyənləşdirdiyi bütün əsas performans göstəricilərinə cavab verən nümayəndələrə verilir. Həmçinin, “Toyota” Abşeron ötən il “Toyota”nın Avropadakı ən yaxşı dilerlərinə verilən “Ichiban 2019”: “The best Toyota Retailers” mükafatını qazanan 45 nümayəndədən biri olub. Bu mükafat isə hər il öz şəhərində müştərilərə ən üstün xidməti və düzgün yardımı göstərən dilerlərin əməyini qiymətləndirmək üçün verilir.

“Toyota” Abşeron Mərkəzinin geniş, rahat salonu və peşəkar servis zonası hər zaman ziyarətçiləri qarşılamağa hazırdır. Servisdə müştərilərə böyük ehtiyat hissələri bazası təklif edilir. Həmçinin, müştərilər zəmanətli servis, xüsusi servis kampaniyasına (recall) uyğun gələn “Toyota” modellərinin yoxlanması və ödənişsiz təmiri kimi imkanlardan yararlana bilərlər. Bu servisdə avtomobillərinizi mərkəzin təlimlərdən keçmiş sertifikatlı, peşəkar ustalarına etibar edib təmir vaxtını rahat istirahət zonasında gözləyərək keçirə bilərsiniz. 

“Toyota” Abşeron Mərkəzi 

Bakı-Sumqayıt şosesi 6-cı km

Tel.: +994 12 349 00 60 / *0110

Email: [email protected]

Web: www.toyota-absheron.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri