İyl
2020
22:53
132
392
35722
Virtual karabakh

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - YENİLƏNİB

2 İyl, 2020
22:53
35722

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda icra nümayəndəsinin koronavirusdan öldüyü təsdiqlənib.

Bu barədə Baku TV-yə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlu bu gün günorta saatlarında ölüb.

Qeyd edilib ki, mərhum ağır dərəcəli şəkərli diabet xəstəsi olub.

15:04

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

Oxu.Az xəbər verir ki, rayonun Topalhəsənli kənd üzrə icra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlu bu gün günorta saatlarında ölüb.

Onun koronavirusdan öldüyü iddia edilir.

Kürdəmir Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, R.Rəsulov ağır dərəcəli şəkərli diabet xəstəsi olub.

“R.Rəsulovun dünən halı pisləşib. Xəstəxanaya gələrək koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test verib. Hazırda test analizinin cavabı məlum deyil. Hələlik ölüm səbəbi bilinmir”.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın bu vəzifədə çalışıb.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri