İyl
2020
15:30
193
49
3472
Virtual karabakh

Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

2 İyl, 2020
15:30
3472

Evli azərbaycanlı Rusiyada qanunsuz nikaha girdiyi üçün məhkəməyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Bryansk vilayət prokurorluğu miqrasiya sahəsində qanun pozuntusu aşkarlayıb.

Gorod-tv.com xəbər verir ki, araşdırmaya səbəb Azərbaycan vətəndaşının Miqrasiya İdarəsinə sorğu göndərməsi olub.

O, müvəqqəti yaşayış icazəsi və sonra Rusiya vətəndaşlığını almaq üçün idarəyə müraciəti zamanı Bryansk sakini ilə evlilik şəhadətnaməsi təqdim edib.

Araşdırma zamanı məlum olub ki, cütlük ailə qurmaq niyyətində olmayıb. Vilayət prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlının yeganə məqsədi Rusiya vətəndaşlığı almaq olub.

Eyni zamanda, həmin şəxsin Azərbaycanda nikah qeydiyyatı olduğu müəyyən edilib.

Prokurorluq məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb. Hazırda işə baxılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri