İyl
2020
16:56
164
73
2463
Virtual karabakh

Xızı rayonunda koronavirusun yayılmasına qarşı tədbirlər gücləndirilir - FOTO

Bu gün pandemiya ilə mübarizə çərçivəsində Xızı Rayon İcra Hakimiyyəti (RİH) yanında yaradılan xüsusi qərargahın növbəti videokonfransı keçirilib.

Oxu.Az xəbər verir ki, Xızı RİH başçısı Xəzər Aslanovun sədrliyi ilə keçirilən növbəti videokonfransda icra başçısının müavini Arzu Əzizov, Xızı rayon prokuroru, baş ədliyyə müşaviri İlham Məmmədov, Xızı Rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov və digər qərərgah üzvləri iştirak ediblər.

İclasda koronavirus infeksiyasının (COVID-19) rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə qərargah tərəfindən görülmüş işlər müzakirə edilib və fəaliyyətin daha da gücləndirilməsi məqsədilə konkret tapşırıqlar verilib.

Rayon ərazisi daxilində qeydə alınan ölüm halları barədə müvafiq məlumatların dərhal qərargaha təqdim edilməsi barədə tapşırıq verilib. Bundan başqa, rayon ərazisində yas, toy və digər kütləvi yığıncaqların keçirilməsinin birmənalı şəkildə qadağan edilməsi, dəfn mərasimlərində xüsusi karantin qaydalarına nəzarət edilməsi, əhali arasında fərdi qaydada profilaktik söhbətlərin aparılması istiqamətində tədbirlərin gücləndirilməsinə qərar verilib.

Eyni zamanda, infeksiyaya yoluxan və evdə müalicə olunan xəstələrin küçəyə çıxmasının yolverilməz olduğu diqqətə çatdırılıb. 

Xızı rayon GEM-in direktoruna rayon ərazisində dezinfeksiya işlərinin aparılması, xüsusilə koronavirus xəstələri üçün nəzərdə tutulan Xızı Rayon Mərkəzi Xəstəxanasının, ətraf ərazilərinin, xəstəxanaya giriş-çıxış hissələrinin mütəmadi olaraq dezinfeksiya olunmasına ciddi nəzarət edilməsi bildirilib. 

Rayon ərazisində mövcud olan su mənbələrinin və bulaqların mütəmadi olaraq təmizliyi və dezinfeksiyası ilə bağlı müvafiq göstərişlər verilib.

Bu gün Xızı rayonu üzrə cəmi 662 nəfər COVID-19-a qarşı testdən keçirilib. Onlardan 24 nəfərdə virus aşkarlanıb. Ümumilikdə 23 nəfər sağalıb, 1 nəfər isə ölüb. 

Bütün bunlar nəzərə alınaraq, konfransda Xızı Rayon Mərkəzi Xəstəxanasının baş direktoruna xəstəxana ərazisində fəaliyyət göstərən taksi və avtobus sürücülərinin mütəmadi yoxlamalardan keçirilmələri tapşırılıb. 50 yerlik Xızı RMX koronavirus xəstələri üçün nəzərdə tutulub. Hal-hazırda xəstəxanada müalicə alan yoxdur.

Bundan əlavə başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
videogörüntü vasitəsilə iclasa qatılaraq müzakirələrdə iştirak ediblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri