İyl
2020
20:37
141
314
7745
Virtual karabakh

Səbailin icra başçısı Vuqar Zeynalov rayondakı bir sıra ərzaq mağazalarına baxış keçirib - FOTO

2 İyl, 2020
20:37
7745

Səbailin icra başçısı Vuqar Zeynalov rayondakı bir sıra ərzaq mağazalarına baxış keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİH yanında yaradılan Operativ Qərargah üzvləri ilə birgə iyulun 2-də Səbail rayonu ərazisində fəaliyyət göstərən bir sıra ərzaq satışı mağazalarına baxış keçirib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə baş tutan baxış zamanı RİH başçısı tərəfindən sahibkarlıq subyektlərinə xidmət sahələrində vətəndaşlar arasında sıxlıq yaranmaması və ünsiyyət zamanı iki metrlik ara məsafənin saxlanılması ilə bağlı qaydalara mütləq şəkildə riayət olunması tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri