İyl
2020
09:39
28
270
3568
Virtual karabakh

Bakıda 150 kiloqram kəsilmiş at əti aşkarlandı - VİDEO

3 İyl, 2020
09:39
3568

Bakıda 150 kiloqram kəsilmiş at əti aşkarlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda atların kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lökbatan massivində yerləşən fermalardan birinin həyətində atların kəsilməsi ilə məşğul olan şəxsi ifşa edib. 

Agentliyin Bakı Regional Şöbəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları fermaya baxış keçirib. Axtarış zamanı müəyyən edilib ki, 38 yaşlı Babayev Füzuli Hidayət oğlu uzun müddətdir, atları burada saxlamaqla qanunsuz olaraq antisanitar şəraitdə onların kəsimi ilə məşğul olub.

Qurum əməkdaşları kəsim üçün saxlanılan beş atı və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqrama yaxın at ətini müsadirə ediblər. Eyni zamanda, fermanın xüsusi olaraq hazırlanmış otaqlarından kəsilmiş atlara məxsus içalatlar da aşkarlanıb. 

AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini Elxan Əhmədov bildirib ki, artıq ətlərdən nümunələr götürülərək, ekspertizaya göndərilib. Qurum rəsmisinin sözlərinə görə, bu cür halların qarşısını almaq üçün reydlər davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri