İyl
2020
12:54
138
22
1905
Virtual karabakh

Cəlilabadda narkotik satan dəstə üzvləri tutuldu

3 İyl, 2020
12:54
1905

Cəlilabadda narkotik satan dəstə üzvləri tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda ümumi çəkisi üç kiloqramdan artıq olan narkotik və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

Belə ki, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri