İyl
2020
12:39
9
95
2889
Virtual karabakh

COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

3 İyl, 2020
12:39
2889

COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19-la bağlı test verən şəxslərin analizlərinin “E-TƏBİB” proqramı vasitəsilə alınmasında problem yaşanıb. Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.

“E-TƏBİB” layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür:

“Əslində bu problem “E-TƏBİB”dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar “E-TƏBİB”in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir.

Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq”.

F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri