İyl
2020
17:12
88
179
5151
Virtual karabakh

Karantin qaydalarını pozaraq, Qubaya istirahətə gələn şəxslər məsuliyyətə cəlb olundular - FOTO

3 İyl, 2020
17:12
5151

Karantin qaydalarını pozaraq, Qubaya istirahətə gələn şəxslər məsuliyyətə cəlb olundular - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq, məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozaraq, rayon ərazisinə istirahət məqsədilə gələn şəxslər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək, Quba rayonuna istirahət üçün gələnlər də olub. 

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi üzrə protokollar tərtib olunub, onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri