İyl
2020
17:14
74
271
17815
Virtual karabakh

DYP postları yenidən fəaliyyətə başladı - VİDEO

3 İyl, 2020
17:14
17815

DYP postları yenidən fəaliyyətə başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

Report xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi.

Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri