İyl
2020
12:38
180
234
7924
Virtual karabakh

Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO

4 İyl, 2020
12:38
7924

Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantin rejimi günlərində icazələri olmadan qeyri-qanuni yollarla Bakıdan Qəbələyə gedən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbir görülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən hotellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib.

Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

Gələcəkdə bu cür qayda pozuntularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. İcazələri olub, iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib.

Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də, müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri