İyl
2020
14:10
188
377
13456
Virtual karabakh

Vəfat edən 96 yaşlı anasına yas mərasimi vermək istədi, tutuldu - FOTO

4 İyl, 2020
14:10
13456

Vəfat edən 96 yaşlı anasına yas mərasimi vermək istədi, tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək, yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək edib.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri