İyl
2020
15:45
262
157
6681
Virtual karabakh

Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi - FOTO

4 İyl, 2020
15:45
6681

Sumqayıtda kafenin icarədarı həbs edildi, 11 müştəri cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb. 

Baku TV xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 12  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri