İyl
2020
10:26
184
432
14448
Virtual karabakh

Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

6 İyl, 2020
10:26
14448

Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.

Report-un məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Oxu.Az-a faktı təsdiqləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, təəssüf ki, yayılan məlumatlar doğrudur:

“Pandemiya xəstəxanalarında müalicə olunan polis əməkdaşlarından, təəssüf ki, ikisi - polis polkovnik-leytenantı və polis mayoru həyatını itirib. Müalicəsini davam etdirən digər əməkdaşların vəziyyəti isə dəyişkən olaraq qalır.

Aralarında yüngül və orta-ağır vəziyyətdə olanları da var. Koronavirusa yoluxan digər vətəndaşlar kimi onların da müalicələri davam etdirilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri