İyl
2020
15:26
20
266
1108
Virtual karabakh

Bu ilin altı ayında ölkədə əməkhaqqı fondu səkkiz faiz artıb

6 İyl, 2020
15:26
1108

Bu ilin altı ayında ölkədə əməkhaqqı fondu səkkiz faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edildi, həm də özəl sektorda iş yerlərinin saxlanması üzrə işlər aparıldı. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artdı.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var. Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə yeddi faizlik artım baş verib.

S.Babayev diqqətə çatdırıb ki, əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun leqallaşdırılması hesabına yaranır.

Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun yüksəlməsinə də səbəb olub. Bu ilin altı ayında ölkədə əməkhaqqı fondu səkkiz faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri