İyl
2020
16:05
639
94
27604
Virtual karabakh

DTX-nin həbs etdiyi yüksək vəzifəli şəxs Safura Əlizadənin atasıdır - FOTO

6 İyl, 2020
16:05
27604

DTX-nin həbs etdiyi yüksək vəzifəli şəxs Safura Əlizadənin atasıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, saxlanılanlardan biri - XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadədir.

O, “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

Qeyd edək ki, Azərbaycanı 2010-cu ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Drip-drop” mahnısı ilə təmsil edən Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onun bu evlilikdən üç övladı var. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri