İyl
2020
16:47
185
151
10309
Virtual karabakh

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO/VİDEO

7 İyl, 2020
16:47
10309

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib. Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, obyektə baxış zamanı ümumilikdə yeddi nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri