İyl
2020
19:39
42
348
9902
Virtual karabakh

Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

7 İyl, 2020
19:39
9902

Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

APA-nın məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb. O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib:

“Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri