İyl
2020
10:10
118
230
7887
Virtual karabakh

Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO/VİDEO

8 İyl, 2020
10:10
7887

Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan səkkiz nəfər polis şöbəsinə gətirilərək, karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Onlardan üç nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilib. Həmin beş nəfər cərimə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri