İyl
2020
09:39
9
103
1931
Virtual karabakh

Bakıda universitet yataqxanası qarət edildi

9 İyl, 2020
09:39
1931

Bakıda universitet yataqxanası qarət edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yataqxana qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib.

Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri