İyl
2020
17:25
33
90
2019
Virtual karabakh

“Wolt” və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirdilər

9 İyl, 2020
17:25
2019

“Wolt” və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Wolt” və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirib. 

Sözügedən kampaniya çərçivəsində yerli restoranlara sərt karantin rejimi müddətində maddi yardım göstərilib.

Yemək çatdırılması xidmətinin köməyilə yerli restoranları dəstəkləmək üçün 21 iyunda “Wolt” və VISA iki həftəlik #SupportYourLocalRestaurants (#YerliRestoranlarıDəstəklə) kampaniyasına start veriblər.

Heç kim üçün sirr deyil ki, sərt karantin rejimi restoran biznesinə çox böyük ziyan vurub. “Wolt” və VISA-nın birgə kampaniyası bu çətin zamanlarda çatdırılma ilə işləyən yerli restoranlara maddi kömək göstərmək üçün yaradılıb.

Bu əməkdaşlıq çərçivəsində “Wolt” tətbiqində olan bütün yerli restoranlar çatdırılma sifarişlərindən əldə olunan qazanca əlavə olaraq müştərilər tərəfindən VISA kartları ilə ödənilən bütün sifarişlərin 20 faiz dəyərini bonus şəklində alıblar.  

Qeyd edək ki, bu, iki şirkətin ilk birgə aksiyası deyil. Artıq üç aydır ki, VISA kart sahibləri “Wolt”da hər bir sifarişdən sonra çatdırılma haqqını geri alırlar və növbəti sifarişlər zamanı bu məbləği bonus şəklində istifadə edə bilirlər. Bu kampaniya 1 oktyabradək davam edəcək.

“Wolt” şirkətinin Azərbaycanda baş meneceri Fuad Babayev qeyd edib:

“Biz hazırkı izolyasiya rejimində restoran biznesinin aparılmasının nə qədər çətin olduğunu çox gözəl anlayırıq. Qlobal pandemiya elan olunan zamandan biz #SupportYourLocalRestaurants sosial kampaniyasına başlamışıq və bununla da həm çatdırılma xidmətimizin, həm də fərqli marketinq kanallarının sayəsində partnyorlarımıza dəstək olmaq üçün əlimizdən gələni edirik.

Bu təşəbbüsü davam etdirərək, biz VISA şirkəti ilə birgə yerli restoranlara yardım etmək qərarını verdik. Həmçinin, oxucularımıza “Wolt” platformasına mart ayının ortalarında əlavə olunmuş “Təmassız çatdırılma” xidmətini xatırlatmaq istərdim.

Bu yenilik sifariş zamanı birbaşa fiziki təmasın aradan qaldırılması üçün nəzərdə tutulub ki, cəmiyyətimizdə virusun yayılmasına yol verilməsin”.

Xatırladaq ki, “Wolt” şirkəti karantin müddətində çatdırılma ərazisini genişləndirib və artıq “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” və “Əhmədli” metrostansiyalarının ətrafındakı ərazilərdə yaşayan sakinlər də çatdırılma xidmətindən yararlana bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri