İyl
2020
21:20
28
291
5999
Virtual karabakh

Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

9 İyl, 2020
21:20
5999

Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batanlardan birinin meyiti tapılıb.

“Report” xəbər verir ki, çayda batanlardan biri - İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digərlərinin axtarışı isə davam edir.

Qeyd edək ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində həmçinin 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu atıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

20:56

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində üç nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri