10 
İyl
2020
09:06
9
165
3136
Virtual karabakh

Goranboyda iki maşın toqquşdu: Tonlarla qarpız yola dağıldı - VİDEO

10 İyl, 2020
09:06
3136

Goranboyda iki maşın toqquşdu: Tonlarla qarpız yola dağıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax avtomagistralında iki yük maşını toqquşub.

Baku TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

Paytaxt istiqamətində hərəkətdə olan qarpızla yüklənmiş “QAZel” markalı avtomobil eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən “QAZel” idarəetmədən çıxaraq, yol kənarına düşüb. Daşıdığı qarpız isə magistral yolun hərəkət hissəsinə dağılıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi üç tona yaxın qarpız yola dağılaraq, yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri