10 
İyl
2020
09:12
42
33
2156
Virtual karabakh

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək - VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 41 şəhər və rayonunda baş tutacaq.

İmtahanlarda 8370  abituriyentin iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 

– əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili);

– ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) üçün buraxılış (qəbul) imtahanı;

– Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir. Qeyd edək ki, abituriyentlər 10 iyul qəbul imtahanından dərhal sonra Azərbaycan dili imtahanını verirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri