10 
İyl
2020
10:55
171
33
3602
Virtual karabakh

Türkiyədə Azərbaycan əsilli sevgilisini öldürən şəxsə AĞIR CƏZA

Türkiyənin Konya şəhərində Azərbaycan əsilli qadını öldürməkdə ittiham olunan şəxsə 15 il 6 ay müddətinə həbs cəzası verilib.

Bu barədə Haberler.com məlumat yayıb.

Beşinci Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Rahim Aracı və onun qaçmasına kömək etdiyi iddia olunanlar qatılıb.

Məhkəmənin qərarı ilə hadisəni törədən Rahim Aracı 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Aracıya “6136 saylı Qanuna müxaliflik” ittihamı ilə 1 il 6 ay həbs cəzası da verilib.

Müttəhimin vəkili, hadisədən sonra ona yardım etdiyi qeyd olunan Selahattin Eyyubi 10 ay həbsə məhkum edilsə də, cəzası təxirə salınıb.

Eyni ittihamla mühakimə olunan Ali Dalkıç və Erol Gümüş də 7 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, hadisə ötən il iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Daha əvvəl ərindən boşanan, üç uşaq anası Sahibə Yükselir hadisədən bir gün əvvəl - iyulun 23-də evli olan “sevgilisi” Rahim Aracının iş yerinə gedib.

Orada Yükselir və Aracı arasında mübahisə olub. Tezliklə davaya çevrilən mübahisəyə polislər müdaxilə edib. Hadisə yerində tərəflər heç biri şikayətçi olmayıb və barışdıqlarını deyib. Lakin bir gün sonra Rahim Aracı avtomobili ilə iş yerinə gələrkən avtomobildə yenə S.Yükselirlə mübahisə edib.

R.Aracı tapançasını çıxararaq, qadına səkkiz güllə vurub, onu yaralı halda avtomobildən ataraq qaçıb. Hadisə yerinə gələn polislərə Sahibə “Məni Rahim vurdu” deyib. Qadın xəstəxanada keçinib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri