10 
İyl
2020
17:26
35
170
1531
Virtual karabakh

Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir

10 İyl, 2020
17:26
1531

Xudatda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Bölmə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onların həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər.

Polis əməkdaşları şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişindaşıma zamanı müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Keçirilən reyd zamanı qaydaları pozaraq, tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri