10 
İyl
2020
18:03
27
131
1768
Virtual karabakh

Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu - VİDEO

10 İyl, 2020
18:03
1768

Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha bir maarifləndirici videoçarx hazırlanıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "ZiraatBank Azərbaycan" və "Times consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Videoçarxın əsas çağırışı “Biz Birlikdə Güclüyük” şüarıdır. 

Qaydalara əməl edək! Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq!

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri