11 
İyl
2020
13:59
262
33
4697
Virtual karabakh

Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO

11 İyl, 2020
13:59
4697

Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M.Mehbalıyeva Samux Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, dörd nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızını və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək, getdiklərini bildirib.

Samux və Göygöl rayon Polis Şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvlərindən E.Məmmədov və T.Süleymanov digər iki nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri