11 
İyl
2020
15:32
42
187
4507
Virtual karabakh

Dərman preparatlarını gizlədərək keçirmək istədi - FOTO

11 İyl, 2020
15:32
4507

Dərman preparatlarını gizlədərək keçirmək istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Actros” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı boşluqda gömrük nəzarətinə bəyan edilməyən 592 ədəd həb, 60 ədəd kapsul, 28 flakon müxtəlif adda dərman preparatları, eləcə də 200 ədəd iynə-qələm başlıqları, 100 ədəd test çubuğu, 24 ədəd spris-qələmlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri