11 
İyl
2020
21:14
25
330
5118
Virtual karabakh

Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Şəmkirdə “Mercedes” markalı mikroavtobus aşıb. 

“Report”un məlumatına görə, Ağstafaya gedən mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılardan üçü - Qazax rayon sakini 20 yaşlı Zeynəb Yolçuyeva, Tovuz rayon sakini 30 yaşlı Xaliq Ələsgərov və daha bir nəfər xəsarətlə xəstəxanaya aparılıb. Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib. 

Qeyd edək ki, qəzaya düşən mikroavtobusda olanların işdən qayıtdıqları bildirilir. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

20:01

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri