12 
İyl
2020
00:07
430
67
12733
Virtual karabakh

Güclü leysan yağdı, çaylardan sel keçdi - VİDEO

12 İyl, 2020
00:07
12733

Güclü leysan yağdı, çaylardan sel keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 11-də ölkə ərazisinə yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib. Belə ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 22 sm, Kürəkçay-Toğanada 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 6 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar məntəqəsində 1 sm, Kür-Qıraqkəsəmən məntəqəsində 4 sm, Qanıx-Əyriçay məntəqəsində isə səviyyə 2 sm artıb.

Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonunun ərazisindən axan Dəstəfürçaydan və Oğuz rayonunun ərazisindən axan Əyriçaydan sel keçib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri